Azərbaycan çaylarında suyun səviyyəsi azalıb
Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-170, Kiçik Qafqazın çaylarında 150-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, yanvarın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 112 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsinin 2 sm artdığı müəyyən edilib.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 380, Şirvanda 253, Salyanda 235, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 123 sm təşkil edir.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib