Saxlanılan şəxs: "Narkotik insanın həyatını puç edir"
Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 45 yaşlı Tahir Səfərov yenidən saxlanılıb. APA TV-nin xəbərinə görə, saxlanılan şəxs istintaq ifadəsində qazandığı pulları narkotikə xərclədiyini deyib və əməlindən peşman olduğunu vurğulayıb. O, narkotik asılılığı olduğunu, bu vərdişdən xilas ola bilmədiyini də etiraf edib: "Narkotik insanın həyatını puç edir. Heç kimə məsləhət görmürəm".
Yasamal Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsinin əməkdaşları onu aptekdən çıxarkən saxlayıblar. Üzərindən 477,65 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq