Ermənistanda kütləvi aksiyalar başladı: Gümrü sakinləri İrəvana axışır
Bu gün Ermənistan paytaxtında mindən çox ticarətçi Hökumət Evinin qarşısında keçirilən növbəti etiraz aksiyasına toplaşıb. APA-nın “Kavkazskiy uzel”ə istinadən məlumatına görə, “Dövriyyə vergisi haqqında” qanuna etiraz edən nümayişçilər hökumət binasından çıxan məmurları fitə basaraq, onların “adi vəzifənin öhdəsindən gəlmədiklərini” deyiblər. Aksiyada “Qərarı ləğv edin!”, “Tətil” və “Biabırçılıq” kimi şüarlar səsləndirilib. Nümayiş iştirakçılarından Samson Qriqoryan çıxış edərək, “Dövriyyə vergisi haqqında” qanuna düzəlişlərin kiçik biznesi məhv etməyə yönəldiyini qeyd edib. O vurğulayıb ki, sahibkarlar öz mübarizələrinə son verməyəcəklər. Aksiyada maliyyə naziri Qaqik Xaçatryanın da istefası tələb olunub. Bir neçə aksiya iştirakçısı hökumət binasına soxulmağa çalışıb, lakin buna müvəffəq olmayıblar. Təşkilatçılar bildirib ki, onların aksiyasına dəstək vermək üçün çoxlu sayda Gümrü sakini də artıq İrəvana yola düşüb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq