ABŞ Ukraynaya uzaqmənzilli bombalar göndərir

# 14:32
22 fevral 2023

ABŞ Ukraynaya 45 mil (72 km-dən çox) uçuş məsafəsinə malik uzaqmənzilli və GPS vasitəsilə idarə olunan “Jdam-ER” bombaları tədarük edəcək.

 

APA-nın məlumatına görə, bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən bildirib.

 

Qeyd olunub ki, Pentaqon 1,85 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi olaraq dəqiq idarə olunan aviasiya sursatları göndərəcək, lakin həmin sursatların tədarükü rəsmi olaraq elan edilməyib.

 

Məlumata əsasən, Pentaqonun sözçüsü Kelli Flinn bildirib ki, ABŞ tərəfi təhlükəsizlik səbəbi ilə göndərilən sursatlarla bağlı təfərrüatları açıqlamır.

 

Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Ukraynaya nə qədər çox uzaqmənzilli Qərb istehsalı olan silah sistemləri gəlsə, Rusiyanın təhlükəni öz sərhədlərindən bir o qədər uzaqlaşdıracağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR