Teleaparıcı İlham Mirzəyev barədə verilən həbs qərarı qüvvədə saxlanıldı
Ali Məhkəmədə həbsdə olan teleaparıcı İlham Mirzəyevin kassasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İlham Mirzəyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər . İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq