Abşeronda mağazadan siqaret oğurlayan şəxslər tutuldu
Abşeron rayon Polis İdarəsinin (RPİ) əməkdaşları rayon ərazisində mağazanı qarət edən şəxsləri saxlayıb. APA TV-nin məlumatına görə, Xırdalan şəhər sakini Hökumə İsmayılova ərizə ilə polisə müraciət edərək ona məxsus mağazanın qarət edildiyini bildirib. Abşeron RPİ-nin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən Səmədov Xalid Mahir oğlu, Əliyev Ramiz Mikayıl oğlu və Həsənov Vurğun Vüqar oğlu saxlanılıblar.
Onlar istintaqa ilkin ifadələri zamanı bildiriblər ki, qabaqcadan əlbir olaraq gecə saatlarında mağazaya qarət məqsədi ilə girərək oradan 589 manat dəyərində müxtəlif markalı siqaretləri götürərək qaçıblar.
Qeyd edək ki, Səmədov Xalid Mahir oğlu və Əliyev Ramiz Mikayıl oğlu əvvəllər də oğurluq üstə məhkum olunublar.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq