Sabahdan Azərbaycanda hava pisləşəcək
Sabahdan başlayaraq, Azərbaycan ərazisində hava şəraiti dəyişəcək və qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 4-ü və 5-də davam edəcək. Bu gün ölkə ərazisində müşahidə olunan cənub-qərb küləyi sabahdan etibarən şimal küləyinə keçəcək. Fevralın 4-ü və 5-də gecə və səhər ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə enəcək.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq