Qəzaya uğrayan təyyarənin "Qara qutu"su tapıldı, ölü sayı 31-ə çatdı
Tayvanda təyyarə qəzası nəticəsində ölənlərin sayı 31-ə çatıb. APA TV-nin məlumatına görə, xilasedicilər artıq təyyarənin “qara qutu”sunu tapıblar. Əraziyə çoxlu sayda xilasedici, polis və təcili yardım briqadaları cəlb olunub. Axtarış əməliyyatı ilə bağlı yaxınlıqdakı bütün avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığında “TransAsia” aviaşirkətinə məxsus ATR 72-600 təyyarəsi qəzaya uğrayıb. Göyərtəsində 58 nəfərin olduğu təyyarə çaya düşüb. Onlardan 31 nəfərin Çin vətəndaşı olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq