Türkiyədə meşəni kim yandırıb? – İnanılmaz səs yazısı

# 21:32
23 avqust 2021

Türkiyənin Antalya şəhərinin Manavqat və Akseki bölgələrində meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Yerli mətbuatın yazdığına görə, sevgilisinin səs yazısını polisə təqdim edən qadın  onun 1000 lirə qarşılığında meşələri yandırdığını və əlavə olaraq 250 lirə də ödənildiyini deyib. 

 

O polisə açıqlamasında qeyd edib ki, bu barədə Ali adlı sevgilisi özü ona məlumat verib.

 

Onun sözlərinə görə, meşəni yandırmaq üçün Aliyə ödəniş edən şəxslər tapşırıblar ki, saxlanılacağı təqdirdə  içki aludəçisi və ya narkotik asılılığı olduğunu desin. 

Saxlanılan şəxs isə haqqında söylənilən ittihamları rədd edib. O həmin günlə bağlı heç bir şey xatırlamadığını, əslində tamam başqa ərazidə olduğunu söyləyib. Polis araşdırmalarından isə məlum olub ki, Ali yanğın baş verən gün ərazidə olub.

Hazırda təqsirləndirlən şəxsin kimlərlə əlaqədə olması, tapşırığı kimlərdən alması ilə bağlı araşdırmalar aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR