Bank Of Baku

Hava küləkli olacaq

# 13:28
9 fevral 2015

Fevralın 9-da hava şəraitinin dəyişkən buldulu olacağı, arabir tutulacağı gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3- 5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Rayonlarda bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlədə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti dağlarda gecə 0-5  yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR