“Nəcməddin Sadıkov da “Tərtər işi”nə görə dindirilsin”

# 11:26
24 may 2023

“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Məhkəmə prosesində vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri təmin edilməyib.

Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb.

Bu vəsatət baxılmamış saxlanılıb.

İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR