Moskvadakı “Abşeron” kafesində atışma: 1 ölü, 2 yaralı
Moskvadakı “Abşeron” kafesində baş verən atışmada 1 nəfər ölüb. APA TV-nin xəbərinə görə, Moskva şəhərinin Parkovaya-15 küçəsində yerləşən, azərbaycanlılara məxsus “Abşeron” kafesində mübahisə və atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, fevralın 10-na keçən gecə baş verən hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, gecə saat 01 radələrində bir qrup müştəri kafedə dava-dalaş salıb. Mübahisə zamanı odlu silahdan istifadə olunub. Nəticədə 1 nəfər öldürülüb. Ağır yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Hadisəni törədənlər qaça bilib. Polis təhqiqat aparır. Ölən şəxsin və yaralıların adları açıqlanmayıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq