Urolik: "Girovların qaytarılması danışıqlar üçün əlverişli atmosfer yarada bilər”
"Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin yaranmasına səbəb ola bilər”.
APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xankəndidə verdiyi müsahibədə deyib.
O xatırladıb ki, əvvəllər tərəflər girovların qaytarılması üçün yollar tapa bilib. Diplomat həmçinin bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bütün tərəflərin maraqları nəzərə alınmalıdır.
Həmsədrlər arasında fikir ayrılıqlarının olması və ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı fikirlərə gəldikdə isə C. Uorlik vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq şərtləri ilə bağlı həmfikir olduqlarını bildirib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq