87-ci "Oskar” mükafatının sahibləri məlum oldu
Los Ancelesdə Amerika kino akademiyasının təsis etdiyi 87-ci "Oskar” mükafatının təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, ən yaxşı film nominasiyasında mükafata meksikalı rejissor Alexandro Qonsalies İnyarritunun “Berdmen” filmi layiq görülüb.
A. Qonsalesun filmi ən yaxşı rejissor işi kateqoriyasında da “Oskar”a layiq görülüb.
Kino xadimlərinin rəyinə əsasən, ən yaxşı əcnəbi film nominasiyasında polşalı rejissor Pavel Pavlikovskinin “İda” filmi mükafatlandırılıb.
Mərasimdə ən yaxşı kişi aktyor “Stiven Xokinqin aləmi” filmində baş rol ifaçısı Eddi Redmeyn, ən yaxşı aktrisa isə “Hələ də Elis” filmindəki rolu ilə Culiana Mur seçilib.
Ən yaxşı sənədli film “Dördüncü vətəndaş”, ən yaxşı qısa animasiya filmi “Ziyafət”, ən yaxşı bədii animasiya filmi nominasiyasında isə “Qəhrəman altılıq” ekran əsəri müəyyənləşib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq