Neft yenə də ucuzlaşdı
Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, London əmtəə birjasında aprel ayı üçün bağlanan sazişlər üzrə neftin bir barelinin qiyməti 58,71 dollar müəyyənləşib. Gün ərzində ucuzlaşma 0,32 faiz təşkil edib. WTI markalı neftin bir barelinin qiyməti isə 49,14 dollara düşüb.
Xatırladaq ki, Goldman Sachs bankı yaxın 3 ay ərzində Şimal dənizində hasil olunan neftin bir barelinin qiymətinin 41 dollara, Brent markalı neftin isə 42 dollara düşəcəyini açıqlayıb. Dünya Bankı isə hesab edir ki, 2015-ci il neftin ən ucuz olacağı il olacaq. Gələn il neftin qiymətində cüzi artım müşahidə olunacaq.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq