Azərbaycanda iki rayona yeni prokuror təyin edildi
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub. APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bərdə rayon prokuroru Rəhim Əliyev və Ağdam rayon prokuroru Kamran Əhmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Suraxanı və Saatlı rayon prokuroru vəzifələrinə təyinat alıblar. Ağdam və Bərdə rayon prokuroru vəzifələrinə hələlik təyinat yoxdur. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Xatırladaq ki, Suraxanı rayonunun keçmiş prokuroru Sərdar İmanov isə bir müddət əvvəl Sumqayıt şəhər prokuroru təyin edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq