Oğuzda maşınla vurulan 5 yaşlı qız ölüb
Oğuzda 5 yaşlı qızı maşın vurub öldürüb. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun 122-ci kilometrliyində, yolun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonunun Kərimli kənd sakini, 29 yaşlı Abdulla Rəşidinoviç Ziyayev idarə etdiyi “Saipa Sara” markalı minik avtomobili ilə Şəkidən Oquz rayonu istiqamətində hərəkətdə olarkən qəfildən magistiral yolun hərəkət zolağına çıxan, rayonun Bucaq kənd sakini, 5 yaşlı Ləman Əfqan qızını Rəşidlini vurub. Nəticədə ağır bədən xəsarətləri alan azyaşlı hadisə yerində ölüb.
Məlumata görə, hadisə baş verən zaman Ləman Rəşidli anası ilə birlikdə Şəki-Oğuz marşutu ilə hərəkət edən mikroavtobusdan düşüb evə gedirmiş. Anası gediş haqqını mikroavtobusun sürücüsünə ödəyən zaman nəzarətsiz qalan Ləman Rəşidli qəfildən yolun hərəkət zolağına çıxıb.
Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq