Hamburqda Xocalı soyqırımı ilə bağlı flashmob təşkil edilib
Azərbaycan Tələbə Şəbəkəsində birləşən tələbələr Almaniyada Xocalı soyqırımını orijinal üsulda Hamburq sakinlərinə çatdırıblar. APA TV-nin xəbərinə görə, şəhərin mərkəzi meydanında Flashmob təşkil edilib. Tamaşaçılara sakit həyat yaşayan insanların birdən-birə gələn helikopter və tankların səsindən necə təşvişə düşmələri, onların gülləbaran edilməsi, öldürülməsi, körpələrin sahibsiz qalması, finalda simvolik olaraq, havaya ağ göyərçin buraxılması səhnələri nümayiş etdirilib. Ətrafa toplaşan yerli sakinlər tələbələri alqışlayıblar. Sonra tamaşaya duranlara vərəqələr paylanıb, faciə haqqında məlumatlar verilib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq