İŞİD terrorçuları Liviyada 2 neft yatağını ələ keçirib
İŞİD terror qruplaşması Liviyada Mabruk və Əl Bahi neft yataqlarını ələ keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neft yataqlarını ələ keçirmək üçün hücuma keçən terrorçular Əs Sidr limanına çəkilən boru xəttini sıradan çıxarıblar. Bundan əvvəl yataqlar uğrunda döyüşlərin davam etdiyi bildirilirdi.
“Röyters”in Liviyanın neft obyektlərinin mühafizə xidmətinin mətbuat xidmətinin rəhbəri Əli Hasiyə istinadən verdiyi xəbərə görə, silahlıların hücumunu dəf edə bilməyən təhlükəsizlik xidmətinin əməkdaşları geri çəkilməyə məcbur olublar.
Lakin agentlik öz mənbələrinə istinadən qeyd edir ki, hücum zamanı Əl Bahi neft yatağını heç kim mühafizə etməyib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq