Şəkidə 21 yaşlı oğlan intihara cəhd edib
Şəkidə 21 yaşlı oğlan intihara cəhd edib. Şəhər-Rayon Polis Şöbəsindən APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə 15-ci rayon 20 Yanvar küçəsi ev 2 ünvanında qeydə alınıb. 1994-cü il təvəllüdlü Elnur İsmayılov istintaqa məlum olmayan səbəbdən özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asaraq intihar etmək istəyib. Ailə üzvləri tərəfindən son anda xilas edilən gənc ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq