Danimarka Avropa Oyunlarına 65 idmançı ilə qatılacaq
Danimarka Olimpiya Komitəsi (DOK) Bakı - 2015-də yarışacaq idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, danimarkalılar iyunda Azərbaycanda keçiriləcək Avropa Oyunlarına 65 idmançı ilə gəlməyi planlaşdırıblar. Bu idmançılar 17-yə yaxın idman növünü əhatə edəcək. Bildirilib ki, Avropa Oyunları 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq. Bakıda nə qədər peşəkar atletlər çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Olimpiadaya hansı səviyyədə hazırlıqlı olduqları müəyyənləşəcək. Qeyd edək ki, iyunun 12-28-də təşkil olunacaq Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq