Bakıda polis maşını qaydanı pozdu
Bakıda Daxili İşlər Nazirliyinə məxsus maşın qaydanı pozub.
Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto yayılıb.
Yayılan fotodan belə məlum olur ki, “Toyota” markalı, 99 AP 109 dövlət nömrə nişanlı avtomobil Atatürk parkının yaxınlığında piyada keçidinin üzərində park edib.
Yayılan foto ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis mayoru Araz Əsgərli Lent.az-a açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq qayda pozuntusuna münasibət eynidir: “Heç kim qaydanı pozmamalıdır. Qayda pozulursa, ona uyğun da qanuni tədbir görülür. Necə ki artıq görülüb”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu