Ağstafada canavarlar kəndə hücum ediblər
Ağstafada canavarlar kəndə hücum edib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, yırtıcılar rayonun Dağkəsəmən kəndində Ramiz Quşçuyevə məxsus atı parçalayıblar. Gecə saatlarında kənd ərazisinə soxulan yırtıcılar sahibsiz qalan heyvanlara hücum edirlər. Kənd sakinlərinin sözlərinə görə, canavarlar kəndin içində sərbəst şəkildə hərəkət edir ki, bu da onları narahat edir. Ağstafanın Dağkəsəmən kəndinə canavarlar bir müddət öncə də hücum edərək, iki uzunqulağı parçalamışdı.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq