Yanacaqsız işləyən təyyarə dünya turuna başladı
Dünya ətrafında uçuşa hazırlaşan günəş enerjisi ilə işləyən "Solar İmpulse-2" təyyarəsi Əbu Dabidən havaya qalxıb. APA TV-nin məlumatına görə, tək oturacağa sahib təyyarənin 72 metr uzunluğundakı qanadı "Boeing 747" təyyarəsinin qanadından uzun, ağırlığı isə təxminən bir avtomobilə bərabərdir.
"Sİ-2"-nin 72 metr uzunluğundakı qanadlarına 17000-dən çox günəş batareyası qoyulub. Batareyalar 52 kilovat gücə qədər enerji hasil edir. Batareyalar həmçinin təyyarənin gecə işləməsi üçün dörd elektrikli mühərrikin qoşulu olduğu akumulyatoru doldurur.
Təyyarə iki alim Bertrand Pikkard və Andre Borsçberq tərəfindən 12 il ərzində düzəldilib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq