İraq təhlükəsizlik qüvvələri 60 İŞİD terrorçusunu məhv edib
İraq təhlükəsizlik qüvvələrinin ölkənin qərb bölgəsində keçirdikləri əməliyyat nəticəsində 60 İŞİD terrorçusu məhv edilib. APA TV-nin məlumatına görə, əməliyyat Ənbər əyalətinin Əl-Kayim bölgəsində həyata keçirilib. Əməliyyata İraq Hərbi-Hava Qüvvələrinin də cəlb olunduğu bildirilir. İraqın Daxili İlər Nazirliyinin açıqlamasında İŞİD-in Ənbər əyalətindəki bir neçə liderinin öldürüldüyü qeyd edilir.
Digər yandan, beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr İraq və Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə 14 hava zərbəsi endirib. Bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı bildirib. Məlumata görə, koalisiya terrorçuların canlı qüvvə və hərbi texnikasına Suriyada 5, İraqda isə 9 hava zərbəsi endirib. Əməliyyat nəticəsində terrorçulara məxsus bina və nəqliyyat vasitələri məhv edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq