Güclü yağışdan sonra yol çökdü

# 20:25
29 sentyabr 2021

Sumqayıtda yol çöküb.

 

APA TV-nin məlumatına görə, hadisə şəhərin Ağa Quliyev küçəsində baş verib.

Məlumata görə, Sumqayıt Dövlət Universitetinin yaxınlığında olan yolun çökməsinə səbəb yağış suları ilə bərabər, həmin ərazidən ağır tonnajlı avtomobillərin keçməsi olub...

 

Yaranan vəziyyət yoldan istifadə edən avtomobilləri də çətin vəziyyətə salıb. Nəqliyyat vasitələri gediş-gəliş üçün səkilərdən istifadə edirlər:

 

- 9 ay idi yol təmirə bağlanmışdı. Bu gün baş verən hadisə təbii ki, xoşa gələn deyil. Çünki, universitetin qarşısında çox hərəkətli yoldu. Bu gündən universitetlərdə dərslər başlayıb.

 

- Hər gün bu yoldan keçib gəlirik. Bu gün keçmək istəyəndə gördük yol yoxdur. 3-4 ay bundan qabaq təmir olunmuşdu bu yol. gördük yol yatıb.

 

Sumqayıt Su-Kanal İdarəsinin baş mühəndisi Mahir İmanov deyir ki, yol ötən gecə çöküb. Təqribən 9 aydır həmin yol təmirə bağlanıb. Çökməyə görə məsuliyyəti isə ərazidə tikinti işlərini həyata keçirən şirkət daşıyır: “Sumqayıt Su-kanal idarəsinə A.Quliyev küçəsində yolun çökməsi ilə bağlı məlumat daxil oldu. Yerində baxış keçirdik və xətti çəkən şirkətə müraciət etdik. Yerin üstünü açdıq. Məlum oldu ki, yan hissədə birinci yağışdan sonra, güclü yağıntı olduğundan yolun bünövrəsinə su vermiş, burada da asfaltda çökmə əmələ gəlmişdir. Həmin şirkət də yolu qısa vaxta təmir edəcək”.

 

İdarədən yolda yaxın günlərdə nəqliyyatın hərəkətinin bərpa olunacağı bildirildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR