İsmayıllıda yol polisinin maşını qəzaya uğrayıb: 5 yaralı
İsmayıllı rayonunda ikisi yol polisi əməkdaşı olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllının Basqal kəndi ərazisində qeydə alınıb. “KİA Sorento” markalı minik avtomobili qarşı tərəfdən gələn Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına məxsus 10-YP-795 dövlət nömrə nişanlı “BMW” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı “BMW” avtomobilindəki yol polisi əməkdaşları - Göyçay rayon sakinləri, Mahmud Musayev və Vüsal Bilalıyev, eləcə də “KİA Sorento”da olan Masallı sakinləri Eldar Əbülfəzli, Məhəmməd Hüseynli və Bakı sakini Hüseyn Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Yaralılardan ikisi müalicə üçün Bakıya göndərilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq