Süni intellektlə idarə olunan PUA əsl pilotla döyüşə girdi
Aviasiyada çox istifadə olunan bir termin var. Bu ifadə "it döyüşü" adlanır. İki döyüş təyyarəsi pilotu bir-birinə qalib gəlmək üçün sıx əlaqə qurur və manevrlərlə rəqibi məğlub etməyə çalışırlar.
Bu proses Çində süni intellektlə əsl insan pilot arasında həyata keçirilib. Süni intellekt rəqibini cəmi 90 saniyəyə məğlub etməyi bacarıb.
Çində süni intellektlə dəstəklənən hərbi texnologiyaların istehsalı üzrə çalışan ekspertlər “it döyüşü” üçün pilotsuz uçuş aparatının (PUA) proqram təminatına xüsusi təlim keçiblər. Bu təlim prosesindən sonra süni intellektli insan tərəfindən uzaqdan idarə olunan başqa bir PUA döyüş üçün uçuş-enmə zolağına çıxıb. Əsl insan tərəfindən həyata keçirilən bütün hərəkətləri həm proqnozlaşdıran, həm də əks hərəkət edən süni intellekt rəqibini cəmi 90 saniyəyə məğlub etməyi bacarıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib