İŞİD terrorçuları vətəninə dönmək istəyən muzdlu döyüşçüləri öldürüb
İŞİD silahlıları vətəninə dönmək istəyən əcnəbi muzdluları öldürüb. Suriyanın Türkiyə ilə həmsərhəd Əl-Bab şəhərində İŞİD silahlıları arasında baş vermiş atışma nəticəsində azı 9 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb. Ölənlərdən beşinin Suriyadan vətəninə dönməyə qərar vermiş əcnəbi muzdlu olduğu qeyd olunub.
Məlumata görə, İŞİD sıralarında əvvəllər döyüşmüş 10 xarici vətəndaşdan ibarət qrup Türkiyə ərazisinə keçməyə cəhd edib. Onlardan birinin Tunis vətəndaşı, digərlərinin isə avropalı olduğu bildirilir. Lakin İŞİD-in digər silahlıları qrupun sərhədi keçmək cəhdinin qarşısını alıb. Baş vermiş atışma nəticəsində Türkiyə ərazisinə keçmək istəyən 5 əcnəbi, onlara mane olmağa çalışan terrorçulardan isə 4 nəfər ölüb.
Sağ qalan əcnəbilər İŞİD-in nəzarətində olan yerli həbsxanaya yerləşdirilib. Onların yaxın günlərdə edam ediləcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq