Sumqayıtın ən böyük marketlərindən birində süni qiymət artımına yol verilib
İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir. APA TV-nin xəbərinə görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus "Elmar" marketdə, eləcə də Zaqatala şəhəri, F. Əmirov küçəsində "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə aparılan yoxlamalar zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq