Bank Of Baku

Külli miqdarda narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb

# 13:12
13 mart 2015

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup ifşa edilib. DSX-nin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, martın 5-də saat 24:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xidmətin əməkdaşları qaçaqmalçılıq yolu dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu “Mercedes” markalı Az-99-NN-353 nömrə nişanlı avtomobillə saxlayıblar. Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar. Saxlanılmış şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, cinayətin iştirakçıları barədə həbs-qətimkan tədbiri seçilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR