Kürdəmirdə ağır qəza: 1 ölü, 4 yaralı
Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun 207 – ci kilometrliyində, Qarabucaq kəndində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan Qazax rayon sakini Cavid Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə əks istiqamətdə hərəkət edən Şəmkir rayon sakini Əbülfəz Əliyevin idarə etdiyi “Mercedes Vita” markalı sərnişin mikroavtobusu qarşı- qarşıya gəlib. Avtomobillər bir-birinə toxunsa da, C.Hüseynov “Mercedes” markalı avtomobili yolun kənarına çəkə bilib. Bu zaman onun arxasınca gələn “VAZ-2107” markalı minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub. Nəticədə “VAZ”da 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq