Bank Of Baku

Ağcabədidə sürücü sükan arxasında ölüb, avtomobil hasara çırpılıb

# 17:43
29 mart 2015

Ağcabədidə sürücü sükan arxasında ölüb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi rayonunun Sarıcalı kəndində qeydə alınıb. Ağdam rayonu Güllücə kəndindən məcburi köçkün olan 1963-cü il təvəllüdlü Paşayev Gəray Hidi oğlu idarə etdiyi "NAZ Lifan" markalı minik maşınında ürəktutmasından keçinib. İdarə etdiyi maşın isə yol kənarındakı hasara çırpılaraq dayanıb.

 

Yaxınları mərhumun bu günədək 3 dəfə infarkt keçirdiyini bildiriblər.

 

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR