Göygöldə yanğın: 400 cücə tələf oldu
Göygöldə yanğın hadisəsi qeydə alınıb. APA TV-nin qərb birosunun məlumatına görə, Göygöl rayonu, Xaqani kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Yanğın zamanı tövlənin içərisində olan 400 ədəd cücə tüstüdən boğularaq, tələf olub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik