Ələtdə bir gün əvvəl boşanan ər keçmiş arvadını bıçaqladı
Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Qaradağ rayon sakini 34 yaşlı Günay Saday qızı Sadıqova Ələt qəsəbəsində yaşadığı evdə bıçaqlanıb. Çox aylı bıçaq xəsarətləri alan Günay Sadıqova qohumları tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda 10 bıçaq xəsarətinin olması müəyyən edilib. Zərbələrin çoxu daxilə nüfuz etdiyindən həkimlər Günay Sadıqovanın vəziyyətinin ağır olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Günayı keçmiş həyat yoldaşı bıçaqlayıb. Belə ki, 3 uşaq anası olan Günay Sadıqova hadisədən bir gün əvvəl Qaradağ rayon məhkəməsinin qərarı ilə həyat yoldaşından rəsmən boşanıb. Bundan sonra keçmiş ər sərxoş vəziyyətdə Günayın yaşadığı mənzilə gələrək, orada onu bıçaqlayıb. O, daha sonra hadisə yerindən qaçıb. Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik