FHN-in növbəti yardım karvanı Türkiyəyə yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb. FHN-in Mülki müdafiə qoşunlarının mühəndis xidmət rəisinin müavini polkovnik-leytenant Yasin Musayev bildirdi ki, qardaş ölkəyə yardımların göndərilməsi prosesi davam edir.
Qeyd edək ki, bu, qardaş ölkəyə yola salınan sayca 3-cü nəqliyyat karvanıdır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu