Keniyada universitetə hücumla əlaqədar 5 nəfər tutuldu
Keniyada universitetdə 148 nəfərin ölümü ilə nəticələnən hücumla əlaqədar 5 nəfər saxlanılıb.
APA TV-nin CNN telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Keniyanın DİN rəhbəri İosif Nkaisseri bildirib.
Həbslərin təfərrüatları açıqlanmır. Bildirilir ki, hücum “Əş-Şabab” terror qruplaşmasının üzərilərinə partlayıcı qurğu bağlamış silahlıları tərəfindən törədilib. Onlar aprelin 2-də səhər saatlarında Somali ilə həmsərhəd Qariss şəhərindəki universitet yataqxanasına hücum ediblər.
Bundan əvvəl Keniya hakimiyyəti universitetə hücum edənlərin saxlanılmasına görə 215 min dollar mükafat vəd edib.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik