Füzuli yaxın gələcəkdə necə olacaq?

# 20:19
19 oktyabr 2021

“Füzuli rayonunun uzun müddət işğalda olan əraziləri, o cümlədən Füzuli şəhəri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Ermənilərin uzun müddət dağıtdığı, xarabalığa çevirdiyi Füzuli şəhəri artıq ölkə prezidentinin rəhbərliyi ilə yenidən qurulur və şəhərin təməlqoyma mərasiminin keçirilməsi də ondan xəbər verir ki, Füzuli şəhəri yenidən daha müasir standartlara uyğun formada yenidən canlanacaq”.

 

Bunu ötən gün Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı prezidentlə görüşdə iştirak edən Milli Məclisin deputatı Vüqar Bayramov APA TV-yə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qısa zaman çərçivəsində biz bütövlükdə Füzuli rayonuna həyatın qayıtmasını müşahidə edəcəyik: “Füzuli rayonu strateji baxımdan Qarabağın vacib bölgələrdən biridir. 44 günlük savaşda da Füzuli rayonunun işğaldan azad olunması müharibənin sona çatmasından və Zəfərimizin əldə edilməsinə xüsusi əhəmiyyətə malik oldu. Artıq işğaldan azad olunmuş ərazidə yeni mərhələyə qədəm qoyub. Füzulidə inşa edilən Beynəlxalq Hava Limanı həm Füzulini Qarabağın hava qapısına çevirir, həm də bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə edilməsinə imkan yaradacaq”.

 

Artıq Füzuli şəhərində nəqliyyat loqistik infrastrukturun formalaşdığını deyən deputat Hikmət Baboğlu isə hesab edir ki, yalnız Beynəlxalq Hava Limanı deyil, həm də Füzulidən Şuşaya qədər çəkilmiş və istismara hazır olan Zəfər yolu, Füzuli-Hadrut, Horadiz-Agbənd, Füzuli-Zəngilan yollarının inşası, eyni zamanda dəmir yol xətlərinin çəkilməsi Füzuli rayonun gələcək inkişafından xəbər verir. 

 

Deputat Hikmət Babaoğlu deyir ki, görülməsi nəzərdə tutulan bu qədər işlər Azərbaycan dövlətinin inkişaf prespektivlərini təyin edir: “Füzuli rayonu bundan sonra Qarabağ İqtisadi Zonasının Mühüm iqtisadi mərkəzlərindən biri olmaqla həm də keçmiş şöhrətini özünə qaytarmış olacaq. Füzuli şəhəri gələcəkdə Azərbaycanın kommunikasiya, logistika, və mədəniyyət mərkəzlərindən birinə çevriləcək”.

 

Yaxın gələcəkdə Füzuli rayonu formalaşmış infrastrukturla Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, həm beynəlxalq yükdaşımalarda, həm də bütövlükdə regionun inkişafında önəmli rol oynayacaq. Eyni zamanda, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş infrastruktur proqramlarında rayonda iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi əsas prioritetlərdəndir ki, bu da Füzulidə yenidən həyatın dirçəlməsinə əsaslı stimul verəcək.

 

Milli Məclisin deputatı Vüqar İsgəndərov isə bildirir ki, necə ki, biz Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində çox sürətlə işğal altında olan ərazilərimiz azad etdik, eləcə də həmin ərazilərdə sürətlə quruculuq işləri həyata keçiririk: “Cənubi Qafqazda biz ilk ölkəyik ki, ağıllı kənd və smart şəhər layihələrini həyata keçiririk. Bu olkəmizin iqtisadi potensialının yüksək olmasından xəbər verir. Digər bir tərəfdən inşa ediləcək həmin ağıllı şəhərlər turistlərin diqqətini cəlb edəcək və Qarabağın təbiəti ilə bu infrastruktur birləşib xüsusi turistik zonaya çevriləcək”.

 

Qeyd edək ki, “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində yaradılacaq böyük yaşayış məntəqəsinin əsasının qoyulub. Layihə beş kəndi birləşdirəcək. Bu konsepsiya çərçivəsində ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulur. Ən geci gələn ilin sonuna kimi bu layihə sakinlərin istifadəsinə veriləcək və Füzulidən olan keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq.

 

İlahə Vəliyeva, Xəqani Hüseynov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR