Bakıda 38 yaşlı qadın intihar etdi
Bakıda daha bir intihar hadisəsi baş verib. APA TV-nin Salamnews-a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov, 19 ünvanında qeydə alınıb. İntiharın səbəbi hələlik bilinmir. İntihar etdiyi ehtimal olunan qadın ətrafdakıların köməyi ilə təcili tibbi yardım maşınına qoyulub. Yasamal rayon Polis İdarəsinin rəis müavini Cavid Muradovun APA TV-yə verdiyi məlumata görə, artıq özünü binanın 12-ci mərtəbəsində atan qadının şəxsiyyəti dəqiqləşib. Bu, 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Əliyeva Bəsti Heydər Qızıdır. Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik