Sabirabad sakininin evi külə döndü
Sabirabadda fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Sabirabad rayonu, Quruzma kəndində 1971-ci il təvəllüdlü Abbasov Salman Səttar oğluna məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri