20 il həbsxanada yatmış Tərtər sakini oğurluq edərkən tutuldu - VİDEO
20 ilə yaxın həbsxana həyatı yaşayan Tərtər rayon sakini 48 yaşlı Zakir Verdiyev Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yenidən saxlanılıb.
APA TV-nin xəbərinə görə, ümumilikdə 7 mənzil qarətində təqsirləndirilən Verdiyev oğurluqları damdan evə keçməklə həyata keçirdiyini bildirib.
Nizami rayonunda saxlanılan şəxs Xətai rayonunda da oğurluq törədib. Sonuncu oğurluq epizodunu martın 6-da saat 20:30 radələrində İnarə Orucovaya məxsus mənzilə damdan kəndirlə girməklə törədib. O, zərərçəkmiş İnarə Orucovaya məxsus dəyəri 3000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqla maddi ziyan vurub. Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Zakir Verdiyevin yeri müəyyən olunaraq həbs edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri