Mələk Zeynalova adamları necə aldatdı? – 300 minlik dələduzluq

# 16:51
14 avqust 2023

Son vaxtlar turizm sahəsində dələduzluq halları ilə tez-tez rastlaşırıq. Vətəndaşlara onlayn şəkildə tur paketləri satılır, sonra isə məlum olur ki, ya paketə daxil olan aviabilet alınmayıb, ya da ki, otel bron olunmayıb. Elə bu günlərdə Mələk Zeynalova adlı şəxs mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb və onlara ümumilikdə 300 min manat məbləğində maddi ziyan vurub. Bəs bu cür dələduzluq hallarından necə qorunmaq olar? “Pin Travel” şirkətinin meneceri Nərgiz Hüseynova deyir ki, vətəndaşlar ilkin olaraq müraciət etdikiləri turizm şirkətlərinin rəsmi nömrəsi və ünvanının olub-olmadığını dəqiqləşdirməli və ödənişi həyata keçirərkən mütləq şəkildə qəbz tələb etməlidir. Teleaparıcı və səyahət blogeri Yeganə Həsənova da APA TV-yə etibarlı tur şirkətləri seçərkən nələrə diqqət etməli olduğumuzdan danışıb. Yeganə Həsənova onu da bildirir ki, tur şirkəti seçərkən ödəniş təhlükəsizliyi də əsas məsələlərdən biridir. “Norma” Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev deyir ki, turizm dələduzları insanları daha çox sosial şəbəkələr vasitəsi ilə aldadırlar. Son olaraq qeyd edək ki, dələduzluq edənlərin əksər hallarda nə rəsmi qeydiyyatları, nə ofisləri, nə də ki VÖEN-ləri olur. Bu şəxslər sizi sosial şəbəkələr üzərindən aldatmağa çalışsalar da, kiçik bir araşdırma edərək onların qurbanı olmaqdan qurtula bilərsiniz. LƏMAN SALEHOVA ARİF ƏLİYEV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR