"Qanuni oğru"lar Rusiyada toplaşır, böyük "sxodka"ya hazırlıq başladı
Kriminal aləmin nümayəndələri Rusiyada bir araya gələcəklər.
APA TV-nin məlumatına görə, onlar bu dəfə "Qanuni oğru" Zaxari Kalaşovun başçılığı altında keçiriləcək böyük “sxodka”da iştirak edəcəklər. Məlumata görə, artıq avtoritetlər böyük "sxodka"ya hazırlığa başlayıblar.
Toplantıda kriminal aləmin "oğru" titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr olacaq. "Sxodka”da 300-ə yaxın "qanuni oğru"nun iştirak edəcəyi gözlənilir.
Eyni zamanda Tariyel Onianinin (Taro) keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan "müharibə" haqqında müzakirələr aparılacaq.
Qeyd edək ki, Zaxari Kalaşov Rusiya mafiyasının Ded Xasanın ölümündən sonra boş qalmış “boslarbosu” vəzifəsini tutmağa 1 nömrəli namizəddir.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik