Tövlə yandı, 14 baş heyvan tələf oldu
Salyan rayonunda tövlənin yanması nəticəsində 14 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.
APA TV-nin məlumatına görə, hadisə Salyan rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Həmin ərazidə müvəqqəti məskunlaşan kəlbəcərli məcburi köçkün İsmayıl Şükürova məxsus təsərrüfatda tövlə anidən yanmağa başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Salyan Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın və xeyli sayda canlı qüvə cəlb edilib, yanğın söndürülüb. Ümumi sahəsi 390 kvadratmetr olan tövlənin 300 kvadratmetri yanaraq yararsız hala düşüb. Hadisə zamanı tövlədə olan 40 başa yaxın iribuynuzlu heyvandan 14 başı tüstüdən boğularaq tələf olub, qalanları isə yanğından mühafizə edilib.
Bankların birindən 17 min manat kredit götürüb özünə təsərrüfat yaradan İsmayıl Şükürovun dediyinə görə, yanğın zamanı ona ümumilikdə 30 min manata yaxın ziyan dəyib. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik