Davudoğlunun baş müşaviri “erməni soyqırımı”nı tanıdı
Roma Papasından sonra Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş müşaviri, milliyyətcə erməni olan Etyen Mahçupyan da “erməni soyqırımı” ifadəsi işlədib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, erməni müşavir belə deyib: "Bosniya və Afrikada yaşananların soyqırımı olduğu qəbul edilərkən, 1915-ci ildə ermənilərə edilənlərə soyqırımı deməmək mümkünsüzdür".
Mahçupyanın sözlərinə görə, Roma Papasının açıqlamasında siyasi nəsə axtarmağa heç bir ehtiyac yoxdur: "Həm ermənilər, həm də qeyri-ermənilər üçün soyqırımı sözünün siyasi tərəflərindən daha çox, psixoloji tərəfləri var".
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik