Toyda dalaşan qohumlar pəncərədən yıxıldı
Biləsuvarda dalaşan iki qohum pəncərədən yıxılaraq xəsarət alıb.
Hadisə "Biləsuvar" şadlıq sarayında toy zamanı baş verib. Belə ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri, Əli Əliyev və Anar Məmmədov şadlıq sarayının ikinci mərtəbəsində mübahisə ediblər. Dava zamanı pəncərəyə çırpılan qohumlar ikinci mərtəbədən aşağı düşüblər. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar həkimlər tərəfindən müayinə olunub. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir. İlkin məlumata görə, artıq onlardan biri evə buraxılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev "Qafqazinfo"ya bildirib ki, faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu