Ukraynada məşhur jurnalist öldürüldü
Ukraynada daha bir səs-küylü qətl törədilib.
APA TV-nin Ukrayna mətbuatına istinadən xəbərinə görə, tanınmış yazıçı-jurnalist Oles Buzina Kiyev şəhərində qətlə yetirilib.
Qətl hadisəsi Kiyev şəhərinin Şevçenko rayonunda baş verib. Jurnalistə yaşadığı evin girişində yanından keçən “Ford Focus” markalı avtomobildən dörd dəfə atəş açılıb. Güllələrdən biri onun başından dəyib.
Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Qeyd edək ki, dünən axşam Ali Radanın Regionlar Partiyasından olan sabiq deputatı, Anti-Maydan hərəkatının liderlərindən Oleq Kalaşnikov da öz mənzilinin qarşısında qətlə yetirilib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko vaxtilə Anti-Maydan hərəkatında iştirak edən və bu gün öz həyatı üçün təhlükə hiss edən bütün şəxsləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik