Bakıda turistlər gəzinti zamanı həlak oldu
Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində - Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib. Belə ki, “Qobustan Milli Qoruğu”nun ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan “Mitsubishi Pajero” markalı avtomobil aşıb. Nəticədə Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi