Sabirabadda qohumlar arasında dava ölümlə nəticələndi
Sabirabad sakini küt alətlə qətlə yetirilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Sabirabad şəhərində şəhər sakini, 1956-cı il təvəllüdlü Rafiq Abbas oğlu Sultanov münaqişə zəminində bibisi nəvəsi, 1979-cu il təvəllüdlü Şahin Nadir oğlu Hüseynova bıçaqla xəsarət yetirib. Şahin Hüseynov isə ona küt alətlə zərbə vurub.
Nəticədə Rafiq Sultanov hadisə yerində ölüb, Şahin Hüseynov isə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır, stabil qiymətləndirir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik