Azərbaycanlı məktəblilər Çanaqqalaya yola düşdü
Hər il Çanaqqala döyüşündə həlak olan 15 yaşlı əsgərlərin xatirəsi yad edilir. Simvolik olaraq azyaşlı məktəblilər Çanaqqalaya göndərilir. Bu il 100 illiyi qeyd edilən bu mərasimə qatılmaq üçün Azərbaycandan da 250 məktəbli Türkiyəyə yola düşüb.
İştirakçılar Şəhidlər Xyabanını və Türk Şəhidliyini ziyarət edərək, buradan torpaq götürüb özləri ilə Çanaqqalaya aparıblar.
Gəncliyə Yardım Fondu və Türk İş adamları Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə təşkil edilən yürüşdə şagirdlər bir həftə boyunca həm Türkiyənin tarixi yerləri ilə tanış olacaq, həm də 24 apreldə təşkil edilən mərasimdə iştirak edəcəklər.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik